«Зима 2025»

“Azərbaycanın qan yaddaşı”

Xocalı soyqırımı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

26 fevral- “Xocalı soyqırımı” günüdür. Yəni, biz bu soyqırımın anım gününü qeyd edirik. Yəni bu faciədən 25 il ötür. Soyqırım- bir millətin kökünü yer üzündən kəsmək cəhdidir. Bu cəhdi erməni quldurları Xocalı əhalisinin üzərində etdi.

Олимпиады: Литературное чтение 1 - 4 классы

Содержимое разработки

7

Azərbaycanın qan yaddaşı”

adlı kompozisiyanı sizə təqdim edirik.

( Hazırladı: Əhədova Aynurə)

(Səhnələşdirdilər: 4A sinfinin bütün şagirdləri)

Nəzrin: Iyirmi altı fevral… o mənfur gecə,
Nələr gətirmədi Azərbaycana.
Qərinələr keçə,əsrlər küçə,
Tarix bağışlamaz onu vicdana.

O gecə vicdanın susdu səsi də,
Insanlıq adına ləkə vuruldu.
Dünyanın ən böyük müsibəti də,
O gecə yaşandı.matəm quruldu.

Elmir: Xocalı soyqırımı  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

26 fevral- “Xocalı soyqırımı” günüdür. Yəni, biz bu soyqırımın anım gününü qeyd edirik. Yəni bu faciədən 25 il ötür. Soyqırım--- bir millətin kökünü yer üzündən kəsmək cəhdidir. Bu cəhdi erməni quldurları Xocalı əhalisinin üzərində etdi. “ Soyqırım” şeiri—söyləyir: Dadaşova İlkanə

Nəzrin: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən  Xankəndi  (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.

Elmir: Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106 qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.



Nəzrin: Iyirmi altı fevral… Xocalı günü,
Günlərin qarası.günlərin pisi.
Yayıldı ərşə də,insanın ünü,
Allah bağışlamaz zülmkar kəsi.

Şəhidlər qürurlu ölümləriylə,
Tarixə ən böyük dastan yazdılar.
Dünya seyr eləyib öz gözləriylə,
Inandı,yoxsa ki,inanmazdılar.

Nəzrin: Bir qadın: Əzizli Fidan

Ilahi bu nədir?bu dəhşət nədir?
Tarixdə görünməz müsibət nədir?
Qanlar axa-axa selə dönübdür,
Xocalı qanlı bir gölə dönübdür.
Bu gün cəhənnəmi yaşayıram mən,
Dözülməz əzabı daşıyıram mən.

Nəzrin: Qoca kişi: Mirzəyev Yusif

Bir körpəyə baxın qolları sınmış,
Insane dab u qədər zalım olarmış.
Yox daha dözmürəm,dözə bilmirəm,
Ayağım tutulub gəzə bilmirəm.

Nəzrin: Ana: Hacıyeva Xədicə

Gözlərim kor ola görməyəydi kaş,
Bədəndən ayrılıb tənha qalıb baş.
Uzaqda bir qızın gözü oyulub,
Biri dərisindən tamam soyulub.
Ah nələr çəkirəm,yanır bu ürək,
Sizing qisasınız alınsın gərək.
Hanı bu dünyada ədalət hanı?
Nə günə qoyarmış insan,insanı.
Nəzrin: (Uzaqdan bir balaca uşaq ağlaya-ağlaya ata-anasının meyidi üstə qışqırır).

Nəzrin: Uşaq: Mirzəyev Mirzağa

Anacan,atacan niyə dinmirsiz?
Məni yalqız qoyub hara gedirsiz?
Sizsiz bu dünyada qalacam yetim,
Bilmirəm nə edim,mən hara gedim.
(Üüü)

Nəzrin: Cavan qız: Məmmədli Nazənin

Əlini mənə ver ey qoca ana,
Qoy kömək eyləyim qaçaq bir yana.
Bəlkə xilas edə bildim mən səni,
Odur ki,mənə ver tez ol əlini.


Nəzrin: (Uzaqdan bir əsgər qışqırır)

Nəzrin: Əsgər: Ələkbərzadə Əli

Atın güllələri durmadan yenə,
Hamınız birlikdə düşmən üstünə.
Ölsək şəhid olub ucalarıq biz,
Yaşarsaq sonadək vuruşarıq biz.


Nəzrin: (Bu zaman bir nüçə düşmən gülləsi əsgərə dəyərək onu yerə sərir və o son nəfəsdə bu sözləri deyir).


Unutmaz millətim,vətənim məni,
Yaşadan hər zaman yaşadar məni.
Hər kəs öləcəkdir,ölüm bir haqdır,
Vətənçün ölənlər yaşayacaqdır.

Nəzrin: Ana: Sadıqova Solmaz

Öldü… bir əsgər də qəhrəman oldu,
Bir ömrə,həyata nöqtə qoyuldu.
Allah rəhmət etsin ölənlər sizə,
Həm mərhəmət etsin millətimizə.
Şəhidin məkanı əbədi cənnət,
Bunu dərk etsəniz böyükdür hikmət.



Nəzrin: Qoca kişi: Məmmədov Tofiq

Öldün,ölümünlə ucaldın əsgər,
Xalqımız ər zaman qədrini bilər.
Şəhidsənsən uca bir zirvədəsən,
Bu xalqın,millətin ürəyindəsən.
Nəzrin: (Elə bu anda qocanın yanına bir mərmi düşür və qocanın həyatına son qoyur).

Nəzrin: Başqa bir qadın: Abdullayeva Hürnisə

Ah düşmən,nə qədər acımasızsan,
Körpəyə,qocaya heç baxmayırsan.
Dağıdıb,taladın sən Xocalımı,
Səhraya döndərdin gülüstanımı.
Xocalım məhv oldu,dağıldı Allah,
Bu günü yaşamaq ağırdı Allah.


Nəzrin: Cavan qız: Mustafayeva Leyla

Xocalım qoy sənə baxım doyunca,
Bəlkə görüşmədik ömür boyunca.
Baxıram Xocalım viran görünür,
Hər kəsin gözləri giryan görünür.
Yurdum toz-torpaqdan düman içində,
Xocalım yamandan-yaman içində.
Erməni deyilən ürəyi yoxmuş,
Zülmkar dünyada nə qədər çoxmuş.
Istərdim yaşayım ağrı-acısız.
Neynərm yaşayım mən xocalısız.
Dağılsın bu dünya,dağılsın daha,

Çıxmaq itəmirəm onsuz sabaha.


Nəzrin: (Bu an onu da güllə məhv edir)

Nəzrin: Ana:Solmaz

Ah nələr yaşadıq,nələri gördük,
Öldüksə fərəhli ölümlə öldük.

Nəzrin: Bir nəfər: Mirəli

Günahsız kəslərin məhv olmasına,
Bu gecə ağladı ulduzda.ayda.
Təbiət özü də qara geyindi,
Bir tək ermənilər güldü,sevindi.
Erməni bir quduz it imiş Allah,
İnsanlıq adını itirmiş Allah.





Nəzrin: Əsgər: Hüseynli Hüseyn

Bu gün bir sınaqda yaşadı xalqım,
Ən böyük kədəri daşıdı xalqım.
Qoy bilsin,eşitsin ermənilər,
Qisas qiyamətə qalmaz deyiblər.

Nəzrin: Xor.

Heç vaxt unutmarıq Xocalım səni,
Bir gün susdurarıq mənfur düşməni.

Nəzrin:

Nə qədər yazsam da Xocalıdan mən
Milyonda birini yaza bilmədim.
Qan qoxusu gələn sətirlərimdən,
Səhvləri düzəldib,poza bilmədim.



Elmir: Xocalı faciəsindən danışdıqda ilk öncə xalqın fədakar oğulllarından biri olan Əlif Hacıyev yada düşür. Qarabağ qazisi 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, yenə də paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif qəhrəmancasına şəhid oldu.


Elmir və Nəzrin: Biz yaşamasaq olar,

Təki Vətən yaşasın,

Yaşamayanda nolar?

Təki Vətən yaşasın.



Ağlama,Xocalım” şeiri—söyləyir: İmanzadə Hüseyn

Nəzrin: Xocalı soyqırımını öz kamerası ilə lentə almağa nail olan Azərbaycan fədailərindən biri Çingiz Mustafayev bu faciəni bütün dünyaya göstərmişdir. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü""Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı"  terminindən istifadə etməyə üstünlük verir.

Elmir: “And” şeiri—söyləyir: Hacızadə Şahin

Ananın səsi” şeiri – söyləyir: Mustafayeva Leyla

Görəsən BMT-yə daxil olan dövlətlər bu barədə nə düşünür: (İbrahim, Sadiq, Rəvan, Sadiq, Emin,Gülağa

Nəzrin: 26 fevral bizim üçün iki qat matəm, hüzn günüdür. Çünki, məktəbimiz adını daşıdığı Elton Həbibov 26 fevral 1993-cü il tarixində Ağdərə rayonunun müdafiəsində aparılan döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bu gün biz həm də “ Qəhrəman Elton”un anım gününü qeyd edirik.

İndi isə Qafarlı Hüseyn: “ Hər vaxt yaşar Eltonam” şeirini söyləyəcək.

Elmir: Eltonun aramızda olmamağını hiss etməmək üçün təsəllimiz odur ki, bu gün məktəbimiz onun adını daşıyır, 1993-cü ildə Sanqaçaldakı “ N “ saylı hərbi hissədə onun büstü qoyulub və yaşadığı 20 Yanvar küçəsi 1 saylı beşmərtəbəli binanın girişinə onun xatirə lövhəsi vurulub.

Nəzrin və Elmir birlikdə: Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,

Şəhidlər azadlığın uca heykəl daşıdır,

Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.

Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,

Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!



Nəzrin və Elmir birlikdə: “ Məkanın cənnət olsun, vətənin igid oğlu!”









Получите свидетельство о публикации сразу после загрузки работы



Получите бесплатно свидетельство о публикации сразу после добавления разработки


Серия олимпиад «Зима 2025»



Комплекты учителю



Качественные видеоуроки, тесты и практикумы для вашей удобной работы

Подробнее

Вебинары для учителей



Бесплатное участие и возможность получить свидетельство об участии в вебинаре.


Подробнее